Pirallahıda narkotik satan şəxs saxlanılıb - FOTO

16:58 - 20 Avqust 2021 - HADİSƏ

Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.

DİN mətbuat xidmətindən Ucnoqta.az-a bildirilib ki, Pirallahı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş 1987-ci il təvəllüdlü Adil Rzayev saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkarlanıb.

Davam etdirilən digər əməliyyat tədbirləri ilə onun yaşadığı ünvana baxış zamanı oradan heroin, metamfetamin, çətənə toxumları və 2 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Faktla əlaqədar Pirallahı RPŞ-də araşdırma aparılır.

Xəbər xətti