Rusiyada son sutkada daha 791 nəfər koronavirusdan ölüb

13:47 - 19 Avqust 2021 - DÜNYA

Rusiyada son sutkada daha 21 058 nəfər COVID-19-a yoluxub.

“Report” xəbər verir ki, bu barədə Rusiyanın Operativ Qərargahı məlumat yayıb.

Bununla da Rusiyada koronavirusa yoluxanların sayı 6 684 531 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 791 nəfər artaraq 173 700-ə yüksəlib.

Rusiyada indiyədək koronavirusa yoluxan 5 963 054 nəfər sağalıb.

Xəbər xətti