Müsəlman ölkəsi Türkiyəni köməyə çağırdı - Gəlin bizi də xilas edin

11:26 - 19 Avqust 2021 - DÜNYA

“Livandakı dini ayrı-seçkilik vətəndaş müharibəsinə yol aça bilər”.

Livanın “Gələcək hərəkatı” birliyinin rəhbəri Əhməd Həriri belə xəbərdarlıqla çıxış edib. O bildirib ki, İranın regiondakı fəaliyyəti Livanın inkişafına əngəl törədən səbəblərdəndir. Həririnin sözlərinə görə, ümumiyyətlə regiondakı gərginlik İranın siyasətindən irəli gəlir. “Suni-şiə mübarizəsindən uzaq durmalıyıq, yoxsa ölkələrimiz məhv olacaq” - deyən Həriri, İranın dəstək verdiyi “Hizbullah” təşkilatını da ölkə üçün təhdid adlandırıb.

Həriri problemlərin həlli üçün Türkiyəni daha fəal olmağa çağırıb. Həriri bəyan edib ki, regiondakı problemlərin həlli üçün Türkiyənin üzərinə böyük məsuliyyət düşür.///metbuat.az

Xəbər xətti