Ermənistanda hərbi hissədə üç hərbçinin meyiti tapılıb

10:47 - 19 Avqust 2021 - DÜNYA

Ermənistanda hərbi hissələrdən birində üç hərbi qulluqçunun meyiti tapılıb.

Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, ölkənin cənub-şərqində yerləşən hərbi hissələrdən birinin mühafizə olunan ərazisində meyiti tapılan Murad Muradyan, Levon Arutyunyan və Qor Saakyanın (hər üçün 2002-ci il təvəllüdlü) üzərində güllə yaraları olub.

Araşdırma aparılır.///Apa

Xəbər xətti