Bakıda 12 yaşlı qız itkin düşüb - FOTO

09:46 - 19 Avqust 2021 - HADİSƏ

Bakıda azyaşlı qız itkin düşüb.

Paytaxtın Ramana qəsəbəsi, Şuşa şəhərciyində yaşayan Abbaszadə Fidan Elşən qızı itib. Onun həyətlərində oynayarkən yoxa çıxdığı bildirilir.

Məlumata görə, azyaşlı qız sonuncu dəfə Nizami rayonu ərazisində köhnə “Diqlas” ticarət mərkəzinin yaxınlığındakı obyektlərdən birinin təhlükəsizlik kamerasına düşüb.

Hazırda F.Abbaszadənin axtarışları davam edir.///lent.az

Xəbər xətti