Əfqanıstanın gənc futbolçusu Zəki Ənvari ölkəni tərk etmək istəyərkən dünyasını dəyişib.
Bu barədə junalist Babak Taqvaye tvitter hesabında məlumat verib. Gənc oyunçunun cəsədinin hissələri ABŞ Hərbi Hava Qüvvələrinə məxsus C-17A təyyarəsinin şassisində tapılıb.
"Bir neçə gün əvvəl C-17A təyyarəsinin şassisində tapılan meyitin Əfqanıstanın gənclərdən ibarət millisinin üzvü Zəki Ənvaridir. Bunu eşitmək çox kədərlidir".
Qeyd edək ki, Taliban quruplaşması ölkədə hakimiyyəti ələ keçirdikdən sonra bir çox sakin ölkəni tərk etməyə çalışır.///report