Azərbaycanda istirahət mərkəzində yanğın

09:40 - 19 Avqust 2021 - HADİSƏ

Lənkəran şəhərinin Xolmili kəndində ümumi sahəsi 500 kvadratmetr olan istirahət mərkəzi kimi fəaliyyət göstərən birmərtəbəli tikilinin dam örtüyünün yanar konstruksiyaları 200 kvadratmetr sahədə yanıb.

Bu barədə Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Xəbər xətti