Azərbaycanda ana və qardaş 18 yaşlı qıza “dağ basdılar” - Foto

00:04 - 19 Avqust 2021 - HADİSƏ

18 yaşlı qız evdə anası və qardaşı tərəfindən zorakılığa məruz qalıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri  Mehriban Zeynalova məlumat verib.

O bildirib ki, qızın əl-qolunu bağlayaraq bıçağı qızdırıb bədəninə basıblar:

“Uşaqlıqdan bu işgəncələrə birtəhər dözən qız sonda evdən çıxa bilərək polisə müraciət edib. Hazırda xanım sığınacaqdadır və verilən işgəncə ilə bağlı artıq cinayət işi başlanılıb”.

Mövzuya qayıdacağıq.///Yenisabah.az


Xəbər xətti