“Səyyar Gənclər Xidməti” İsmayıllı gəncləri ilə görüşüb - Foto

19:52 - 18 Avqust 2021 - ÖLKƏ İÇİ

Kürdmaşı və Sumağallı kəndlərində “Səyyar Gənclər Xidməti” layihəsi Azərbaycan Respublikasının Gənclər Fondu, “Gənc Könüllülər” İctimai Birliyi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilib.

Ucnoqta.az xəbər verir ki, layihənin başlıca məqsədi Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən dövlət gənclər siyasəti nəticəsində yaradılan imkan və xidmətlərin, o cümlədən məşğulluq, sahibkarlıq, təhsil, innovasiyalar, kənd təsərrüfatı və digər sahələrdə həyata keçirilən proqramların kəndlərdə yaşayan gənclər üçün yeni fürsətlər yaratmaqdır.

Əlavə olaraq gənclərin dövlətçilik və vətənpərvərlik ruhunda yetişməsi, sosiallaşması, asudə vaxtlarının səmərəli təşkili, onların bilik və bacarıqlarının, həmçinin dünyagörüşünün genişləndirilməsinə xidmət edir.

Mövzular üzrə hər iki kənddə yaşayan gənclərlə təlimlər, o cümlədən şəxsi inkişafla bağlı sessiyalar, könüllülük, ixtisas seçimi, əsas həyat bacarıqları və digər mövzularda karantin rejimi qaydalarına riayət olunmaqla açıq hava şəraitində görüş keçirilib.

Layihənin icrası zamanı müxtəlif dövlət qurumları tərəfindən gənclərlə bağlı proqramlar üzrə təqdimatlar keçirilib və gənclərin həmin proqramlara cəlb olunması təmin edilib.


Xəbər xətti