Goranboyda ölümlə nəticələnən yol qəzası baş verib.
Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "Ford" markalı mikroavtobusun aşması nəticəsində 4 nəfər ölüb, 10-dan artıq yaralı var.
Yaralanan sərnişinlər 1978-ci il təvəllüdlü Mahmudova Təzəgül Xaliqverdi qızı, 1999-cu il təvəllüdlü Həsənov Mehman Telman oğlu, 1966-cı il təvəllüdlü Həsənova Rəna Kamal qızı, 1972-ci il təvəllüdlü Əsgərov Elşad Abdulla oğlu, 1997-ci il təvəllüdlü Şahverdiyev Sovet Lətif oğlu, 2004-cü il təvəllüdlü Mahmudova Aytən Eyvaz qızı, 1988-ci il təvəllüdlü Əkbərova Aytən Hüseyn qızı, 1976-cı il təvəllüdlü Ağayeva Gülnarə Çərkəz qızı və 1999-cu il təvəllüdlü Bəşirova Rəna Camal qızıdır.
Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub.
19:51
Goranboyda ölümlə nəticələnən yol qəzası baş verib.
Hadisə Bakı-Qazax magistral yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "Ford" markalı sərnişin avtobusunun aşması nəticəsində ölən və xəsarət alanların olduğu bildirilir.
Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub.///apa