Bu gün Azərbaycan, Ermənistan və Rusiya Federasiyası Baş nazirinin müavinlərinin birgə rəhbərliyi ilə Üçtərəfli İşçi Qrupunun iclası keçirilib.
Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev, Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryan və Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk üçtərəfli İşçi Qrupunun işini bərpa ediblər.
Avqustun 17-də Moskvada keçirilən görüşdə tərəflər Cənubi Qafqaz regionunda nəqliyyat kommunikasiyalarının bərpasının perspektivlərini və Azərbaycan Respublikası Prezidentinin Bəyannaməsi çərçivəsində görülən işlərin gedişatını müzakirə ediblər.
Komissiyanın işinin dayanması sərhəddə gərginliyin artmasına səbəb olmuşdu.