Salyanda yol qəzası olub, sürücü ölüb

21:53 - 17 Avqust 2021 - HADİSƏ

Salyanda baş vermiş yol qəzasıda sürücü ölüb.

Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi Ələt-Astara avtomobil yolunun Salyan rayonunun Xıdırlı kəndindən keçən hissəsində qeydə alınıb.

Salyan şəhər sakini, 34 yaşlı Səfərov Əliağa Əbülfəz oğlunun idarə etdiyi "VAZ-21011" makalı avtomobil "Mercedes" markalı avtomobillə toqquşub. Nəticədə "VAZ 21011"-in sürücüsü hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.///apa

Xəbər xətti