Son 30 ildə Bakıda isti hava dalğaları 14 dəfə artıb - Umayra Tağıyeva

18:20 - 17 Avqust 2021 - ÖLKƏ İÇİ

İsti hava dalğaları yayda baza dövründə (1961-1990) Bakıda cəmi 2, Şəkidə 6 dəfə qeydə alındığı halda, sonrakı 30 ildə bunların sayı artaraq Bakıda 27-yə (14 dəfə artıb), Şəkidə isə 34-ə (6 dəfə artıb) çatıb.

Ucnoqta.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib. O bildirib ki, Bakıda Şəki ilə müqayisədə artımın daha çox olması iri şəhərlərdə iqlimin istiləşməsi fonunda istilik adaları effektinin daha da güclənməsi ilə izah olunur:

"Yəni, asfalt-beton örtüklər, uca binaların bir-birinə sıx tikilməsi havanın təbii axınını dəyişir. Temperaturun demək olar ki, süni artımına səbəb olur. Bu ilin avqust ayında isti hava dalğasının davamlılığı ötən illərlə müqayisədə daha çoxdur. Çünki artıq 15 gündür ki, fasiləsiz havanın maksimal temperaturu 35 dərəcədən yüksəkdir. Qeyd etmək lazımdır ki, bütün çoxillik müşahidələrə görə ən uzunmüddətli isti hava dalğası (24 gün olmaqla) 2010-cu ildə qeydə alınıb".

Xəbər xətti