Bakıda 69 yaşlı qadının evdə meyiti tapılıb

13:52 - 17 Avqust 2021 - HADİSƏ

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Ucnoqta.az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1952-ci il təvəllüdlü Kaybelova Fəridə Abdullayevnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.

Xəbər xətti