Ağstafada iki avtomobil toqquşub - 6 nəfər xəsarət alıb

09:25 - 17 Avqust 2021 - HADİSƏ

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.Hərəkətdə olan iki minik avtomobili toqquşub. Qəza zamanı 6 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Xəsarət alanlar – 1937-ci il təvəllüdlü Quliyeva Minayə, 1964-cü il təvəllüdlü Əfəndiyeva Firdovsi, 1965-ci il təvəllüdlü Əfəndiyeva Yeganə, 1986-cı il təvəllüdlü Əfəndiyeva Solmaz, 1994-cü il təvəllüdlü Quluzadə Əliş və 2013-cü il təvəllüdlü Əfəndiyeva Leyladır. Yaralıların vəziyyətinin normal olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti