Sumqayıtda mənzildə meyit tapılıb

19:57 - 16 Avqust 2021 - HADİSƏ

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

FHN-dən verilən məlumata görə, Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1966-cı il təvəllüdlü Raxteri Yaşar Eynullah oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Xəbər xətti