Türkiyənin 324 vətəndaşı Əfqanıstandan təxliyə edilib

18:40 - 16 Avqust 2021 - DÜNYA

Türkiyənin 324 vətəndaşı bu gün Kabildən təxliyə edilib.

APA-nın xəbərinə görə, Türk Hava Yollarına (THY) məxsus təyyarə bu gün səhər saatlarında Həmid Kərzai adına Kabil Beynəlxalq Hava Limanından Türkiyə vətəndaşlarını götürüb.

Türkiyə Xarici İşlər Nazirliyinin koordinasiyası ilə THY-yə məxsus təyyarə yerli vaxtla 16.45-də İstanbul Hava imanına eniş edib.

 

Xəbər xətti