Bakıda mənzildə 64 yaşlı qadının meyiti tapılıb

18:20 - 16 Avqust 2021 - HADİSƏ

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nizami rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Ucnoqta.az FHN-in saytına istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1957-ci il təvəllüdlü Rəhimova Zümrüd Salman qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.

Xəbər xətti