Taliban qadınların hüquqlarına hörmətlə yanaşılacağını bildirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Taliban sözçüsü Süheyl Şahin açıqlama verib.
"Qadınların hicab taxaraq təhsil verməsinə və işləməyinə icazə verəcəyik. Qadınların evdən tək çıxmasına icazə verəcəyik. Onların haqlarına sahib çıxacağıq və onları qoruyacağıq. "Əxlaqi bir sui-qəsdə" çevrilmədiyi müddətcə medianın tənqidlərinə icazə verəcəyik və senzura tətbiq etməyəcəyik", - Süheyl deyib.