Şəmkirdə iki avtomobil toqquşub, 2 nəfər ölüb

15:05 - 15 Avqust 2021 - HADİSƏ

Şəmkirdə ölümlə nəticələn ağır yol qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə rayonun Yasamal aşırımında qeydə alınıb.

Hərəkədə olan “İnfinity” və “Ford” markalı maşınlar toqquşub. Qəza zamanı 2 nəfər ölüb. Hadisə yerinə hüquq mühafizə orqanların əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Ölənlərin kimlikləri dəqiqləşdirilir.

Xəbər xətti