Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Nərimanov rayonunda qeydə alınıb. Avtomobil yolu keçən 1973-cü il təvəllüdlü Bayramov Fərman Əli oğlunu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol baldır sümüklərinin sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.///report