"Taliban" Cəlalabad şəhərini ələ keçirib
08:42 - 15 Avqust 2021 - DÜNYA
"Taliban" radikal hərəkatı Əfqanıstanın şərqində yerləşən Nəngərhar əyalətinin inzibati mərkəzi olan Cəlalabad şəhərini ələ keçirib.
Bu barədə "Reuters"a agentliyinə sözügedən şəhərdə olan Əfqanıstan rəsmisi deyib.
Onun sözlərinə görə, şəhərin qubernatoru "Taliban"a təslim olub və artıq toqquşmalar dayanıb. O qeyd edib ki, şəhər dinc sakinləri xilas etmək üçün təslim edilib.