“Taliban”daha bir böyük şəhəri ƏLƏ KEÇİRDİ

00:30 - 15 Avqust 2021 - DÜNYA

“Taliban” hərəkatının döyüşçüləri Əfqanıstanın şimal-qərbindəki Bəlx əyalətinin inzibati mərkəzi olan Məzari-Şərif şəhərini nəzarətə götürüb.

APA xəbər verir ki, bu barədə “Al-Arabiya” telekanalı yerli hakimiyyət nümayəndəsinə istinadən məlumat yayıb.

Telekanalın məlumatına görə, hökumət qoşunları Məzari-Şərifi faktiki olaraq döyüşsüz təslim ediblər. Hökumət qüvvələri mövqelərini, silahlarını tərk edərək geri çəkiliblər. Şəhər ətrafında ara-sıra kiçik toqquşmalar davam edir.

Xəbər xətti