Oğuzda 67 yaşlı kişini avtomobil vurub

19:31 - 14 Avqust 2021 - HADİSƏ

Oğuz rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Kərimli kəndində qeydə alınıb.
Kənd sakini, 1954-cü il təvəllüdlü Niyaz Qəni oğlu Teyyubov yolu keçərkən minik avtomobili onu vurub. Yaralı Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti