Gəncədə sürücü 4 nəfər tərəfindən döyülüb

19:04 - 14 Avqust 2021 - HADİSƏ

Gəncə şəhərində döyülmə hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə şəhərin İmamzadə dini kompleksinin yaxınlığında olub.

Gəncə şəhər sakini, 1998-ci il təvəllüdlü E.Abdullayev avtomobilinə müştəri qismində minən 4 nəfər tərəfindən döyülüb.

Müxtəlif dərəcəli xəsarətlər alan zərərçəkmiş xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti orta-ağır qiymətləndirilir .

Faktla bağlı araşdırmalara başlanılıb.

Xəbər xətti