Kürdəmirdə qəzada yaralanan gənc qadın ölüb

18:28 - 14 Avqust 2021 - HADİSƏ

Ötən gün Kürdəmirdə baş verən ağır yol qəzasında xəsarət alanlardan biri dünyasını dəyişib.

“Report” xəbər verir ki, “Hyundai” markalı 3 avtomobilin toqquşması nəticəsində xəsarət alanlardan biri - İmişli rayon sakini, 29 yaşlı Həsənli Günel Asif qızı müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə aparılarkən yolda dünyasının dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti