Bakıda "BMW" oğurlanıb

12:35 - 14 Avqust 2021 - HADİSƏ

Bakıda "BMW" markalı avtomobil oğurlanıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Trend-ə avtomobilin sahibi Nəsib Nəsibli məlumat verib. O bildirib ki, artıq hüquq mühafizə orqanlarına məlumat verib:

"Əbdülvahab Salamzadə 53 ünvanında, yol kənarında saxlamışdım. Gecə 3 radələrində oğurlanıb. Səhər 8-də xəbər tutmuşam. Avtomobilin seriya nömrəsi 10-VK-709-dur. Artıq polis orqanlarına bu barədə məlumat vermişəm. Axtarış aparılır".

Xəbər xətti