Gəncədə gənc qız bıçaqlanıb

16:54 - 13 Avqust 2021 - HADİSƏ

Gəncə şəhərində gənc qız bıçaqlanıb.

"Report"un məlumatına görə, şəhərin "Avtozavod" adlanan ərazisində, 1992-ci il təvəllüdlü Ayişə Şehrəddin qızı Əzizovaya 3 bıçaq zərbəsi vurulub. Yaralı Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Gənc qızı bıçaqlamaqda şübhəli bilinən qardaşı, 1990-cı il təvəllüdlü Orxan Sarıyev saxlanılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Xəbər xətti