Evdən icazəsiz çıxan koronavirus xəstəsi saxlanılıb

11:47 - 13 Avqust 2021 - HADİSƏ

Gəncə şəhərində evdən icazəsiz çıxan koronavirus xəstəsi saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində nəticəsində koronavirus testinin nəticəsi pozitiv şəhər sakini olan xanımın ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadığı evi tərk edərək şəhər ərazisinə şıxması aşkar edilib. Müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə həmin xanım yaşadığı evə göndərilib.

Fakla bağlı ŞBPİ-də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1. (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Xəbər xətti