“Taliban” Əfqanıstanın daha bir şəhərini ələ keçirib

08:10 - 13 Avqust 2021 - DÜNYA

Radikal “Taliban” hərəkatının silahlıları Əfqanıstanın daha bir şəhərini ələ keçirib.

“Report” xəbər verir ki, bu barədə “Agency France Presse” məlumat yayıb.

Məlumata görə, silahlılar ölkənin cənubundakı Gülmənd əyalətinin inzibati mərkəzi Laşqarqah şəhərini qəsb ediblər.

Əfqanıstanın təhlükəsizlik orqnalarından bildirilib ki, “taliblər” hərbçilərin və dinxc sakinlərin şəhəredən çıxmaları üçün 48 saatlıq atəşkəs rejimi tətbiq ediblər.

Xəbər xətti