Bakıda avtomobil qadını vurub

07:53 - 13 Avqust 2021 - HADİSƏ

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb.

Avtomobil yolu keçən piyada, 1976-cı il təvəllüdlü Əsədova Tacirə Əli qızını vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti