ABŞ öz vətəndaşlarını Əfqanıstanı tərk etməyə çağırdı

23:13 - 12 Avqust 2021 - DÜNYA

ABŞ-ın Əfqanıstandakı Səfirliyi ölkə vətəndaşlarına müraciət edib. Səfirlik mövcud uçuşlardan istifadə edərək Kabil və digər şəhərləri dərhal tərk etməyi tövsiyə edib.

"Təyyarə bileti ala bilmirsinizsə, vətənə qayıtmaq üçün ABŞ-ın Kabildəki Səfirliyi ilə əlaqə saxlayın", - Səfirliyin açıqlamasında bildirilir.

Qeyd edək ki, "Taliban" artıq ölkənin 3-cü böyük şəhəri olan Herat şəhərinə də nəzarəti əsasən təmin edib. Bundan əvvəl isə qruplaşmanın Qəndəharı ələ keçirdiyi deyilirdi. Hazırda ölkənin əksər bölgələrində "Taliban"la hökumət qüvvələri arasında güclü atışmalar gedir. Əfqanıstanda son aylarda kənd və sərhəd bölgələrində əhəmiyyətli əraziləri ələ keçirən və böyük şəhərlərə hücum edən "Taliban"la hökumət qüvvələri arasında qarşıdurma bir neçə ildir davam edir. Vəziyyətin gərginləşməsi Amerika ordusunun Əfqanıstandan geri çəkilməsi fonunda baş verir.

Xəbər xətti