Bakıda mənzildən qadın meyiti tapılıb

20:33 - 12 Avqust 2021 - HADİSƏ

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Ucnoqta.az FHN-in saytına istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1947-ci il təvəllüdlü Naab Nina Aleksandrovnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.

Xəbər xətti