Oğuzda avtomobil aşıb, xəsarət alan var

19:51 - 12 Avqust 2021 - HADİSƏ

Oğuz rayonunda yol qəzası baş verib.

Hadisə bu gün axşam saatlarında İsmayıllı-Qaraməryəm-Şəki avtomobil yolunun rayonun Bucaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Toyota" markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı kolluq əraziyə aşıb. Nəticədə bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.///report

Xəbər xətti