İzmirdə meşə yanğını başlayıb

17:43 - 12 Avqust 2021 - HADİSƏ

Türkiyənin İzmir şəhərində meşələrdə yanğın başlayıb.

Şəhərin Foça ilçəsindəki şam meşələrində yanğına müdaxilə edilib.

Yanğının söndürülməsi məqsədilə 2 təyyarə və 2 helikopterin də iştirakı ilə tədbirlərə start verilib. Hazırda yanğının nəzarətə alınması üçün işlər davam etdirilir.///axar.az

Xəbər xətti