Yunanıstanda turist gəmisi batıb, 18 nəfər itkin düşüb

14:31 - 12 Avqust 2021 - HADİSƏ

Yunanıstanın Milos adası yaxınlığında turist gəmisi batıb.

Ucnoqta.az xəbər verir ki, qəzaya uğrayan gəmidə 18 nəfər olub. Hazırda bölgədə axtarış-xilasetmə işləri davam edir.

Hadisə yerinə üç patrul kateri, Yunanıstan Hərbi-Dəniz Qüvvələrinin gəmisi və helikopter cəlb olunub.

Güclü külək axtarış işlərinə mane olur.

İlkin məlumatlara əsasən, gəmi Böyük Britaniya bayrağı altında üzürdü.///trend

Xəbər xətti