Caqaryan fotoya görə İran XİN-ə çağırıldı - FOTO

14:22 - 12 Avqust 2021 - DÜNYA

Rusiyanın Tehrandakı səfiri Levan Caqaryan İran Xarici İşlər Nazirliyinə çağırılıb.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın İrandakı səfirliyinin mətbuat xidməti məlumat yayıb.
"Rusiyanın Tehrandakı səfirliyinin binası fonunda səfir Caqaryanın Britaniya səfiri Saymon Şerklifflə birgə fotosuna İran ictimaiyyətinin reaksiyası ilə əlaqədar Rusiyanın İrandakı səfiri Levan Caqaryan İran Xarici İşlər Nazirliyinə çağırılıb", - deyə səfirliyin məlumatında bildirilib.

Qeyd edək ki, həmin foto Rusiyanın İrandakı səfirliyinin "Twitter" hesabında paylaşılıb.


Xəbər xətti