İki yaşlı uşaq eyvandan yıxıldı

11:15 - 12 Avqust 2021 - HADİSƏ

Lənkəran rayonunda azyaşlı eyvandan yıxılaraq xəsarət alıb.

APA-nın məlumatına görə, rayonun Gəgiran kəndində 2019-cu il təvəllüdlü Gündüz Rasim oğlu Hadıyev eyvandan həyətə yıxılıb.

Kəllə-beyin travması alan uşaq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Reanimasiya şöbəsinə yerləşdirilən azyaşlının vəziyyətinin orta ağır olduğu bildirilir.

Xəbər xətti