Rusiyada göyərtəsində 16 nəfər olan helikopter qəzaya uğrayıb

09:02 - 12 Avqust 2021 - HADİSƏ

Rusiyada Mi-8 turist helikopter qəzaya uğrayıb.
Trend TASS -a istinadən xəbər verir ki, bu barədə yerli fövqəladə yardım xidmətindəki mənbə bildirib. Hadisə Kamçatkadakı Kronotski təbiət qoruğunda baş verib. Gölə düşən helikopterin göyərtəsində 3 ekipaj üzvü və 13 sərnişin olub.

Xəbər xətti