Bakıda açıq sahədə yanğın başlayıb

16:08 - 11 Avqust 2021 - HADİSƏ

Bakı şəhəri, Xətai rayonu, Aşıq Ələsgər küçəsi yaxınlığında, açıq ərazidə yanğın başlayıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə məlumat daxil olub.

FHN Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.

İlkin məlumata əsasən açıq ərazidə kol-kos yanır.

Əlavə məlumat veriləcək.

Xəbər xətti