Türkiyədə qanunsuz miqrantlara qarşı əməliyyat keçirilib

12:27 - 11 Avqust 2021 - DÜNYA

Türkiyənin İstanbul və İzmir şəhərlərində Jandarm Komandanlığı tərəfindən qanunsuz miqrantlara qarşı əməliyyat keçirilib.

“Report” Türkiyə mətbuatına istinadən xəbər verir ki, əməliyyat zamanı İzmirdə 48, İstanbulda isə 35 nəfər olmaqla, ümumilikdə 83 qanunsuz miqrant yaxalanıb və miqrasiya idarələrinə gətirilib. Qanunsuz miqrantlar, əsasən Nigeriya, Qana, Konqo, Əfqanıstan və digər ölkələrin vətəndaşları olub.

Miqrantların ölkələrinə göndərilməsi ilə bağlı hüquqi prosedurlar başladılıb.

Xəbər xətti