Qəbələdə 3 otaqlı ev yanıb

09:08 - 11 Avqust 2021 - HADİSƏ

Qəbələ rayonunun Vəndam qəsəbəsində ümumi sahəsi 160 m² olan kürsülü birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.

Bu barədə Ucnoqta.az-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, evə bitişik talvar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti