Bilgəhdə sanatoriyada yanğın
01:07 - 11 Avqust 2021 - HADİSƏ
Bilgəhdə “Amburan Mall”un arxasında yerləşən Metropolitenin sanatoriyası yanır.
Ucnoqta.az unikal.org-a istinadən xəbər verir ki, hadisə yerinə artıq 3 yanğınsönmə maşınları cəlb olunub.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib ki, vaxtında görülmüş tədbirlər nəticəsində hadisənin yanğına çevrilməsinin qarşısı alınıb. Xəsarət alan olmayıb.