Bu ilin ilk yarısında Azərbaycan dövlət büdcəsinə Dövlət Vergi Xidmətinin xətti ilə gəlir vergisi üzrə 2,222 mlrd. manat daxil olub.
"APA-Economics"in məlumatına görə, bu barədə Maliyyə Nazirliyinin dövlət büdcəsinin, o cümlədən büdcə xərclərinin funksional təsnifatının pilot bölmələri üzrə proqramların icrasına dair hesabatında deyilir.
Məbləğin 578 mln. manatı fiziki şəxslərin gəlir vergisi, 1,644 mlrd. manatı isə hüquqi şəxslərin gəlir vergisi üzrə daxilolmaların payına düşüb. Fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmalar illik müqayisədə 3%, hüquqi şəxslərin gəlir vergisi üzrə daxilolmalar isə 9,6% artıb. Sözügedən vergi üzrə daxilolmalar Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə daxil olan vəsaitinin müvafiq olaraq 13,3%-ni və 37,9%-ni təşkil edib.
Qeyd edək ki, 2021-ci ilin ilk yarısında Azərbaycan dövlət büdcəsinin gəlirləri 11,755 mlrd. manat təşkil edib. Dövlət Vergi Xidməti üzrə büdcəyə 4,342 mlrd. manat (illik 0,9% artım) daxil olub.