Lənkəran sakini ehtiyatsızlıqdan xəsarət alıb

18:53 - 10 Avqust 2021 - HADİSƏ

Lənkəran sakini ehtiyatsızlıqdan xəsarət alıb.

Lənkəran rayonu, Havzava kənd sakini, 1970-ci il təvəllüdlü Elçin Xandadaş oğlu Fərzəliyev təmir işi görərkən ehtiyatsızlıqdan qolunu kəsib.

E.Fərzəliyev kəskin qanaxma ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona sağ said sümüyünün aşağı səthinin dərin kəsilmiş yarası, əzələ, vətər və sinirlərinin zədəsi diaqnozu qoyulub. Qanaxma dayandırılıb, xəsarət alan Bakıya, Travmatologiya İnstitutunun Neyrocərrahiyə şöbəsinə yola salınıb.///report

Xəbər xətti