Gəncədə 44 yaşlı kişini maşın vurub

17:49 - 10 Avqust 2021 - HADİSƏ

Gəncədə piyadanı avtomobil vurub.

Hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb. "Opel" markalı minik maşını yolu keçmək istəyən 1977-ci il təvəllüdlü Xasıyev Həsən Novruz oğlunu vurub. Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.///apa

Xəbər xətti