Gürcüstanda koronavirusdan rekord sayda ölüm faktı qeydə alınıb

12:36 - 10 Avqust 2021 - DÜNYA

Gürcüstanda son sutka ərzində koronavirusa yoluxma və ölüm hallarında rekord göstəricilər qeydə alınıb.

Ötən gün ölkə ərazisində 5 967 nəfər koronavirusa yoluxub, 54 nəfər isə vəfat edib.

Hər iki göstərici COVID-19 pandemiyasının əvvəlindən Gürcüstanda qeydə alınan ən yüksək göstərici olub.

Bu günədək ölkədə 456 minə yaxın şəxs koronavirusa yoluxub, 6 182 nəfər yoluxub.

Xəbər xətti