Azərbaycanın daha 8 müəssisəsi Rusiyaya alma ixrac edəcək

12:05 - 10 Avqust 2021 - İQTİSADİYYAT

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor") Azərbaycanın daha 8 müəssisəsinə ölkəyə alma ixrac etməyə icazə verib.

Ucnoqta.az xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.

Həmin müəssisələr Bakının Nizami rayonunda yerləşən "EL FRUITS" MMC, Nəsimi rayonunda yerləşən "NİAB" MMC, Nərimanov rayonunda yerləşən "GF Company" MMC, Qusar rayonunda yerləşən "Agroline", "M-AGROFRESH" və "ECO FRUİTS" MMC-lər, eləcə də paytaxtda fəaliyyət göstərən fiziki şəxs - Mail Kişiyev və Şəmkir rayonunda fəaliyyət göstərən fiziki şəxs Musbat Həsənovdur.

Xəbər xətti