Bakıda qadın özünü binadan atdı

23:21 - 9 Avqust 2021 - HADİSƏ

Bu gün axşam saatlarında Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsində intihar hadisəsi baş verib.

Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Yavər Əliyev küçəsində yerləşən “Akkord” kompleksində qeydə alınıb.

Belə ki, 30-35 yaşlı qadın özünü binanın damından atıb. O, hadisə yerində keçinib. İlkin məlumata görə, intihar edən qadın sözügedən binanın sakini olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti