Naftalanda 11 yaşlı velosipedçini avtomobil vurub

22:44 - 9 Avqust 2021 - HADİSƏ

Naftalan şəhərində azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə Naftalan şəhərində qeydə alınıb. "VAZ-21015" markalı avtomobil velosipedçi, 2010-cu il təvəllüdlü Seyid İlqar oğlu Yusubovu vurub.

O, xəsarət alıb və xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Xəbər xətti